AZ

İtaliya, Fransa və Belçika Rusiya aktivlərinin Ukrayna üçün istifadəsinə qarşı çıxıblar

Bakı, 3 noyabr, AZƏRTAC

İtaliya, Fransa və Belçika Ukraynaya kredit ayrılması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsinə dair təşəbbüsə qarşı çıxıblar.

AZƏRTAC bu barədə “Corriere della Sera qəzeti” qəzetinə istinadla xəbər verir. “İtaliya və Fransa bu məsələ ilə bağlı müəyyən ehtiyatlılıq nümayiş etdirir. Hər iki hökumət beynəlxalq məhkəmənin Moskvanın aktivlərindən istifadəni qanunsuz hesab edəcəyi təqdirdə, maliyyə məsuliyyəti daşımaqdan çəkinir. Belçika isə eyni zamanda, Rusiya aktivlərinin əhəmiyyətli hissəsinin hazırda Brüsseldə yerləşən “Euroclear” platformasında saxlanılması ilə bağlı narahatlıq keçirir”, - deyə məqalədə bildirilir.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin dövlət başçıları oktyabrın 23-də Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya kredit ayrılması üçün istifadə təklifini razılaşdıra bilməyiblər. Bu məsələ Avropa Şurasının dekabrın 18–19-da keçiriləcək növbəti iclasında yenidən müzakirə olunacaq.

 

Seçilən
27
1
azertag.az

2Mənbələr