AZ

Maliyyə sektorunda yeni təşəbbüslərin tətbiqi imkanları nəzərdən keçirilib

Bakı. Trend:

Maliyyə sektorunda maliyyə institutlarının potensialınıngücləndirilməsi və yeni təşəbbüslərin tətbiqi imkanları müzakirəolunub.

Trend xəbərverir ki, bu, Mərkəzi Bankda İqtisadiyyat Nazirliyi ilə birgəkommersiya banklarının nümayəndələri üçün “2024–2026-cı illərdəmaliyyə sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsindətəlim məqsədli ilkin görüşü zamanı baş tutub.

Məlumata görə, görüş zamanı dövlət-özəl tərəfdaşlığılayihələrinin rolu, bu sahədə maliyyə institutlarının potensialınıngücləndirilməsi və yeni təşəbbüslərin tətbiqi imkanları müzakirəolunub.

Tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindəndövlət-özəl tərəfdaşlığının əsas xüsusiyyətləri və modelləri,aidiyyəti qanunvericilik layihələri və onların tətbiqi imkanlarınadair təqdimatlar keçirilib, eləcə də banklar və dövlət strukturlarıarasında əməkdaşlığın təşviqi məsələləri iştirakçıların diqqətinəçatdırılıb.

Növbəti mərhələlərdə görüşlərin bu istiqamətdə beynəlxalq maliyyəinstitutlarının da iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr