AZ

Bu cümə qısaldılmış iş günü olacaq 4 günlük tətil başlayır

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər Günü münasibətilə ardıcıl 4 gün iş olmayacaq.

Milli.Az xəbər verir ki, bu həftəsonundan etibarən Azərbaycanda vətəndaşlar ardıcıl dörd gün istirahət edəcəklər.

Məlum olduğu kimi, 8 noyabr - Zəfər Günü, 9 noyabr - Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, 10 və 11 noyabr da qeyri-iş günü olacaq.

Beləliklə, vətəndaşlar 8, 9, 10 və 11 noyabrda istirahət edəcək, 12 noyabr - Konstitusiya Günü isə iş günü kimi qeyd olunacaq.

Milli Dirçəliş Günü (17 noyabr) də bu il iş günü hesab olunur.

Bundan əlavə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.Beləliklə, 7 noyabr bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
news.milli.az

4Mənbələr