Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Liverpul"un məşhur futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 10-cu turunda "Aston Villa" ilə matçda növbəti qolunu vurub.
Oxu.Az xəbər verir ki, misirli oyunçu İngiltərə çempionatında məhsuldar hərəkətlərin (qol və ötürmə) sayını 279-a çatdıraraq (190 qol və 89 məhsuldar ötürmə) "Çelsi"nin əfsanəvi sabiq oyunçusu Frenk Lempardın nəticəsini təkrarlayıb (177 qol və 102 məhsuldar ötürmə).
Bu sıralamada Salah yalnız Ueyn Runi (311) və Alan Şirerdən (324) geri qalır.
Salah həm də "Liverpul"un heyətində bütün yarışlarda 250-ci qolunu vurub.
Xatırladaq ki, "Liverpul" öz meydanında "Aston Villa"nı 2:0 hesabı ilə məğlub edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.