Bakı.Trend:
2 noyabr tarixində Gəncə şəhərində ilk dəfə olaraq aerobikagimnastikası üzrə 9-cu ölkə birinciliyi keçirilib. Yarış Gəncəİdman Sarayında baş tutub.
Trend xəbərverir ki, yarışda iştirak edən gimnastlar müxtəlif yaşkateqoriyaları və proqramlar üzrə çıxış ediblər.
Proqram çərçivəsində:
Balacalar (2017–2018) – fərdi çıxışlar,
Uşaqlar (2014–2016) – fərdi, qarışıq cütlük, üçlük və qrupproqramları,
Yeniyetmələr (2011–2013) – fərdi, qarışıq cütlük, üçlük, qrup vəaerodans proqramları,
Gənclər – fərdi və üçlük kompozisiyaları təqdim ediblər.
Yarışda “Ocaq Sport” Klubu və Sumqayıt Olimpiya İdmanKompleksini təmsil edən ümumilikdə 60-a yaxın gimnast iştirak edib.Gimnastlar bacarıqlarını nümayiş etdirərək yüksək əzmkarlıq vəyaradıcılıq göstəriblər.
Fərqlənən iştirakçılar medal və diplomlarlamükafatlandırılıblar. Yarış təkcə gimnastların fərdi istedadlarınıdeyil, həm də komanda ruhunu, həmrəyliyi və idman mədəniyyətininümayiş etdirməklə yadda qalıb.
Yarış, həmçinin gənc gimnastlarımız üçün 9-11 noyabrtarixlərində Gəncədə ilk dəfə keçiriləcək “Gənclər və 15 yaşadəkgimnastlar arasında 1-ci Avropa çempionatı”na sınaq xarakteridaşıyıb.
Bütün iştirakçıları yarışda göstərdikləri iradə və gözəlçıxışlarına görə təbrik edir, növbəti yarışlarda yeni nailiyyətlərarzulayırıq.