AZ

Əfqanıstanda güclü zəlzələ olub, 20 nəfər ölüb

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.

Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.

Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.

Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, təxminən 150 nəfər isə yaralanıb.

Seçilən
25
9
interpress.az

10Mənbələr