AZ

“BakuBus” sürücüsü döyüldü, sərnişin və polislər müdaxilə etdi

BAKI, 3 noyabr. TELEQRAF

BakuBus” sürücüsü sərnişin tərəfindən döyülüb.

Teleqraf xəbər verir ki, Neapol dairəsi ərazisindən keçən 20 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

Sürücü Zahir Məmmədov fiziki zorakılığa məruz qalıb. Sərnişin onun sifət nahiyəsinə zərbələr endirib. Avtobusda sərnişin qismində olan polis əməkdaşları hadisəyə müdaxilə ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr