AZ

İrakli Kobaxidze Çin Baş nazirinin dəvəti ilə Şanxaya səfər edəcək

BAKI, 3 noyabr. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Baş naziri Li Qianın dəvəti ilə Şanxaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Səfər çərçivəsində İrakli Kobaxidzenin Çin Baş naziri ilə görüşü nəzərdə tutulub.

“Bundan başqa, İrakli Kobaxidze Gürcüstanın bu il fəxri qonaq kimi iştirak etdiyi Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Sərgidə 40-dan çox Gürcüstan şirkəti təmsil olunacaq”, - Gürcüstan hökumətinin açıqlamasında deyilir.

Seçilən
41
teleqraf.com

1Mənbələr