AZ

Tramp üçüncü dəfə prezident olmaq istəmədiyini açıqlayıb

ABŞ dövlət başçısı Donald Tramp üçüncü prezidentlik müddəti haqqında düşünmədiyini bildirib.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

Amerika lideri respublikaçıların demokratlardan fərqli olaraq güclü skamyaya malik olduğunu qeyd edib.

Trampın sözlərinə görə, o, yenidən namizədliyini irəli sürmək üçün zənglər alır, lakin o, hələlik buna səbəb görmür.

"Bu barədə heç düşünmürəm. Sizə deyim ki, çoxları mənim namizəd olmağımı istəyir. Amma bizim demokratlardan fərqimiz odur ki, bizim həqiqətən güclü skamyamız var", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr