AZ

İsrail daha üç girovun qalıqlarını aldı


Qəzza zolağındakı İsrail qüvvələri girovların qalıqlarının olduğu daha üç tabut alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Ofisdən verilən məlumata görə, qalıqlar Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə təhvil verilib.
İsrail ordusunun mətbuat xidmətinin daha sonra verdiyi məlumata görə, tabutlar İsrailə çatdırılıb.
Təl-Əvivdəki Milli Məhkəmə Tibb Mərkəzinin məhkəmə ekspertləri yaxın vaxtlarda cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyə başlayacaqlar. Şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatdıqdan sonra ailələrə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər.
Trampın planına uyğun olaraq Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.
Seçilən
11
1
yeniavaz.com

2Mənbələr