"Liverpul"un cinah futbolçusu Məhəmməd Salah özünün yeni uğuruna imza atıb.
QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu Premyer Liqanın 10-cu turunda "Aston Villa" ilə matçda qol vurub. Nəticədə Salah çempionatdakı məhsuldar hərəkətlərinin sayını 279-a çatdırıb (190 qol və 89 məhsuldar ötürmə).
Bununla da o, "Çelsi"nin əfsanəvi futbolçusu Frenk Lemparda çatıb - 177 qol və 102 məhsuldar ötürmə. Salah hazırda yalnız Ueyn Runi (311 məhsuldarlıq) və Alan Şirerdən (324 məhsuldarlıq) geri qalır.
Həmçinin Salahın bu qolu onun "Liverpul"un heyətində bütün yarışlardakı 250-ci qoludur.
Xatırladaq ki, misirli forvard 2017-ci ildən "mersisaydlılar"ın formasını geyinir.