AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başladı

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgətəsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yenidalğası üçün qeydiyyata start verib.

Bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdimedir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksəknəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcılşirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansıqazanaraq özbacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dilibilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycanvətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərnövbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinəcəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahandanamizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrəbilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Dahasonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfərtəlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər birmərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakımərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiyaİnstitutunun akademik heyəti tərəfindən onların tədrismetodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki bilikləröyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədərdərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davamedəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə)olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalartədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarınıinkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion”Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçəbilərlər: https://bit.ly/42cZ3eh

Qeydiyyat üçün son tarix 1 dekabr 2025-ci ildir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan KibertəhlükəsizlikMərkəzinin təlim proqramından 300-ə yaxın nəfər məzun olub, hazırdaisə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindəneyni zamanda məzunların məşğulluq imkanlarının artırılması iləbağlı da təşəbbüslər həyata keçirilir. Hazırda ən son iki dalğaüzrə məzunların işlə təmin olma göstəricisi 80 %-dir. Mərkəzdəixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrindətədrisin həyata keçirilməsi, kibermaarifləndirmə,kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri,kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma,yerlikibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyingöstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.

Seçilən
40
12
az.trend.az

10Mənbələr