AZ

Alimlər diqqətin bərpasında beynin gizli mexanizmini aşkar ediblər

Massaçusets Texnologiya İnstitutunun alimləri beynin diqqəti yayındıqdan sonra tapşırığa necə qayıtdığını araşdırıblar. Yeni tədqiqat göstərib ki, beyində yaranan dalğalar düşüncəni yenidən bərpa etməyə kömək edir.

Bu barədə "MedicalXpress" portalı xəbər verib.

Məlumata əsasən, professor Earl K. Millerin sözlərinə görə, bu fırlanan dalğalar beynin diqqətini düzgün istiqamətə qaytarır. Araşdırmada heyvanlara yaddaş tapşırığı verilib və onların diqqəti müxtəlif amillərlə yayındırılıb. Alimlər prefrontal korteksdəki (yüksək düşüncə mərkəzi) yüzlərlə neyronun fəaliyyətini izləyiblər. Nəticədə diqqət dağıldıqdan sonra neyronların fəaliyyətində “fırlanma” müşahidə olunub, sanki beyin yenidən balansını tapmaq üçün dövrə vurur. Əgər bu fırlanma tam şəkildə baş verirdisə, heyvanlar tapşırığı düzgün yerinə yetirirdi. Əgər dalğa yarımçıq qalırdısa, səhvlər artırdı. Yəni, beyin diqqəti bərpa etmək üçün müəyyən fırlanma vaxtına ehtiyac duyur.

Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, bu fırlanan dalğalar sadəcə riyazi model deyil, eyni zamanda, beynin səthində həqiqi, fiziki dalğalanmalardır. Millerin fikrincə, bu mexanizm beynin enerji baxımından səmərəli, “analoq hesablamalar” aparmaq üsulu ola bilər.

Seçilən
14
aznews.az

1Mənbələr