AzVision.az xəbər verir ki, Özbəkistanın Fövqəladə Hallar nazirliyinin Seysmoloji proqnozlaşdırma monitoriq mərkəzi belə məlumat yayıb.
 
 
 
Seysmoloqların məlumatına görə, zəlzələ yerli vaxtla 01:29-da baş verib. Zəlzələnin 30 kilometr dərinlikdə yerləşən episentrində yeraltı təkanlarıngücü 7 ball təşkil edib.
 
 
 
ABŞ-nin Geoloji Xidməti, öz növbəsində,zəlzələnin təxminən 523 min insanın yaşadığı Məzari-Şərif şəhəri yaxınlığında 28 kilometr dərinlikdə baş verdiyini bildirib. 
 
 
 
Yerli hakimiyyət orqanlarına istinad edən “Reuters” agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində ən azı 20 adam həlak olub, 300-ə yaxın insan isə xəsarət alıb.
 
 
 
 - Ən çox dağıntı və tələfat şimaldakı Samanqan və Bəlx əyalətlərində, xüsusilə Taşkurqan şəhərində qeydə alınıb. Zəlzələnin dalğaları çox güclü olub və ölənlərin sayı arta bilər”,- Taliban hökumətinin Milli Olimpiya Komitəsinin və Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin “Facebook” sosial şəbəkəsində paylaşım edib.
 
 
 
 Sahil İsgəndərov
 
  AzVision.az 
                        - Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta