Portuqaliya münaqişənin sülh yolu ilə həlli çərçivəsində öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Portuqaliya kəşfiyyatının keçmiş analitiki və hüquqşünas Aleksandr Qerreyro deyib.
"Portuqaliya, şübhəsiz ki, belə bir tələb alınarsa, bunu etməyə (Ukraynaya qoşun göndərməyə - red.) hazırdır", - o vurğulayıb.
Keçmiş analitik xatırladıb ki, Portuqaliya silahlı qüvvələrinin bir hissəsi artıq Şimali Atlantika Alyansının şərq cinahında yerləşdirilib.