AZ

Azərbaycanda teatra gedənlərin sayı AÇIQLANDI

Azərbaycanda teatr, muzey və kitabxanalara gedənlərin sayı açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda ölkədə 29 peşəkar teatr fəaliyyət göstərir.

Teatra gedənlərin sayına gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 419 100 nəfər təşkil edir.

Muzeylərin də sayı açıqlanıb – ölkədə 243 muzey fəaliyyt göstərir. Muzeylərə gedənlər 2 687 800 nəfər təşkil edib.

Hazırda Azərbaycanda 2914 kütləvi kitabxana var. Bunlardan 412-si şəhər yerində, 2502-si kənd yerində yerləşir.  Kitabxanaların oxucu sayı 2 669 min nəfər təşkil edir. Bunlardan 1 721 min nəfər şəhər yerlərini, 948 min nəfər kənd yerlərinin payına düşür.

Seçilən
8
1
modern.az

2Mənbələr