AZ

Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı

Ən

İdxalçı ölkələrin təqdim olunmuş yeni reytinq cədvəlində lider həmişəki kimi, 2024-cü ildən qlobal idxalın 13 faizindən çoxuna sahiblənməyi bacaran ABŞ-dır. ABŞ təxminən 3,4 trilyon dollarlıq idxalla yenə də dünyanın ən böyük alıcısıdır.

Reyting.az
xəbər verir ki, ABŞ-da idxalın ən əsas hissəsini sənaye xammalı və avadanlıq, həmçinin istehlak malları təşkil edir.

Çin reytinq cədvəlində 2,6 trilyon dollarlıq idxalla ikinci yerdədir.

ABŞ-ın əsas tədarükçüləri hesab edilən iki ölkə – Meksika və Kanadanın ümumilikdə payına düşən 28,1 faiz, Avropa İttifaqının payına düşən 18,5 faiz, Çinin isə idxaldakı payı 13,4 faiz olub.

Hindistan cədvəldə 718 milyard dollarlıq idxalla səkkizincidir. Bunun səbəbi bu ölkənin idxalının il ərzində 7 faizədək artması, belə göstəriciyə nail olması üçün Çin, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətin hesabına reytinq cədvəlində yüksəlməsidir.

Xüsusi qeyd edilir ki, artıq Hindistanın Birləşmiş Ərəb Əmirliklərindən idxalı 34 faiz artıb.

İdxalda artım tempinə görə Vyetnam liderdir - idxal artımı 17 faiz. Vyetnam ilə yarışan digər ölkə - Birləşmiş Ərəb Əmirliklərinin artımı isə 16 faiz olub.

Reytinq cədvəlində Rusiya 300 milyard dollarlıq idxalla 25-ci yerdədir.



Oqtay QORÇU
Seçilən
11
1
reyting.az

2Mənbələr