Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü 1999-cu il təvəllüdlü E. Mamedov və 2009-cu il təvəllüdlü İ. Alıyev hadisə yerində ölüb, 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.