AZ

UFC hakimi gözə zərbələrlə bağlı iclas keçiriləcəyini elan edib

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

UFC-nin tanınmış referisi Herb Din döyüşlərdə rəqibin gözünə barmaqla zərbə endirilməsi (eye poke) problemi ilə bağlı xüsusi iclasın keçiriləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, son günlər Tom Aspinall ilə Siril Qan arasında baş tutmalı olan titul döyüşünün məhz belə bir hadisə səbəbindən yarımçıq qalması səbəb olub.

Din bildirib ki, vəziyyətdən narazılıq artıq kritik həddə çatıb. Onun sözlərinə görə, təşkilatın bir çox nüfuzlu nümayəndələri dəyişikliklərin edilməsini tələb edir və onlar gələcəkdə bu kimi halların qarşısını almaq üçün tədbirlər görməyə hazırdırlar.

Referi qeyd edib ki, toplantı noyabrın 4-də keçiriləcək. İclasda yeni qaydalar və nəzarət mexanizmlərinin tətbiqi müzakirə olunacaq ki, bu da döyüşlər zamanı rəqiblərin gözünə barmaqla zərbə endirilməsi hallarının minimuma endirilməsinə yönələcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
icma.az

2Mənbələr