AZ

Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ – Ölənlər var - FOTO/VİDEO

Göygöl rayonunda 2 nəfərin ölümü, 2 nəfərin xəsarəti ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonu ərazisinin Bəhrambağ-Yeni Qızılca ərazisində qeydə alınıb. 
 

Hərəkətdə olan "Mersedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın dəmir maneəyə dəyərək aşıb. Qəza zamanı avtomobildə olan 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin adlı şəxs həyatını itirib. 


Hadisə nəticəsində xəsarət alanlar - 2008-ci il təvəllüdlü Yeni Qızılca kənd sakini Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə avtomobildə qəzaya düşənlər əvvəllər vaxtlar bir sinifdə oxuyublar.

Faktla bağlı araşdırma aparılır.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
18
1
bizim.media

2Mənbələr