AZ

Ağstafada yolları təmir edəcək şirkətin adı - MƏLUM OLDU - MƏBLƏĞ

Ağstafa Rayon İcra Hakimiyyəti yolların təmiri işlərinin satın alınması üzrə tenderin qalibini elan edib.

FED.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən yolların təmiri işlərinin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olunub.

Qalib “ELTA Development” Qapalı Səhmdar Cəmiyyəti olub.

Qalib şirkətə 311 min 520 manat  ödəniləcək. Tenderin ehtimal olunan qiyməti isə 396 min 929 manat idi.

“ELTA Development” daha öncə "Naxçıvan Yol Təchizat" MMC-dən 45 milyon 672 min 504 manat dəyərində Şahbuz şəhəri, Babək rayonu, Culfa rayonu, Ordubad rayonu ərazisində yerləşən bəzi şəhər və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərinin satınalınması ilə bağlı tenderin qalibi olub. 

Şirkət 27 avqust 2025-ci ildə dövlət qeydiyyatına alınıb və 2 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur. Hüquqi ünvanı AZ1069, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, İBRAHİMPAŞA DADAŞOV, ev.37 ünvanıdır.

Seçilən
19
fed.az

1Mənbələr