AZ

Sərhəddə gərginlik: Livan ordusu yüksək hazırlıq vəziyyəti elan etdi

Sərhəd boyunca İsrail ordusunun fəaliyyəti səbəbindən Livan ordusu Mərcayun rayonunun Mays əl-Cəbəl qəsəbəsinin şərqinə qoşun yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Livan rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, sərhədə yaxın Mays əl-Cəbəlin şərqindəki işğal olunmuş ərazidə İsrailin hərbi fəaliyyəti artıb.

Bu səbəbdən Livan ordusu yüksək hazırlıq vəziyyətini artırıb, müvəqqəti olaraq əraziyə qoşun və nəqliyyat vasitələri yerləşdirib. Bundan sonra İsrail qoşunları ərazidən geri çəkilib.

Seçilən
28
publika.az

1Mənbələr