AZ

Yaponiyada ABŞ dəniz piyadası saxlanılıb

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ dəniz piyadaları korpusunun hərbi qulluqçusu Yaponiyanın cənub prefekturası Okinavanın inzibati mərkəzi Naha şəhərində yerli restoranın ofisiantına hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Polisin bildirdiyinə görə, Okinava prefekturasının Urasoe şəhərində yerləşən ABŞ-nin Kamp Kinser logistika bazasında xidmət edən 37 yaşlı baş praporşik spirtli içki qəbul etdikdən sonra restoran ofisiantına hücum edib və onun boğazından tutub. Qeyd olunur ki, hadisə gecə saatlarında restoran xaricində, küçədə baş verib. Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Seçilən
47
teleqraf.com

1Mənbələr