AZ

Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitə bilər

BAKI, 3 noyabr. TELEQRAF

“Rusiya-Ukrayna münaqişəsi tezliklə həll oluna bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bəli, düşünürəm ki, buna nail olacağıq”, - o, münaqişənin bir neçə ay ərzində həll olunub-olunmayacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp bu kontekstdə Rusiyanın rəhbərliyinin ABŞ ilə əməkdaşlıq etmək istədiyini iddia edib.

“Planetimizdə doqquz müharibə var idi. Mən onlardan səkkizinin dayandırılmasına nail oldum. Bir dənəsi qalıb – Rusiya-Ukrayna”, - ABŞ Prezidenti əlavə edib.

Seçilən
19
teleqraf.com

1Mənbələr