AZ

İşdən çıxan polkovniklə bağlı maraqlı fakt Qardaşı oğlu 4 kq qızılla tutulmuşdu

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev işdən azad olunub. 

"Unikal"ın məlumatına görə, A.Mirzəliyevin adı bir müddət əvvəl qalmaqallı hadisə ilə bağlı gündəmə gəlmişdi. Belə ki, polkovnikin qardaşı oğlu Əfsər Mirzəliyev 4 kq qızılı ölkədən çıxarmaq istəyərkən Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

O, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsər Mirzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Mirzəliyev özü də DGK əməkdaşı olub.

Seymur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
unikal.az

1Mənbələr