AZ

Kapital Bank müştərinin ödədiyi pulu 2 ay sonrakı kreditə niyə çıxıb?

Kapital Bank-ın “Birkart” istifadəçisi taksit və güzəşt müddətli borcların hesablanması ilə bağlı narazılığını sosial şəbəkədə paylaşıb. AzPost  xəbər verir ki, vətəndaş bankın güzəşt müddəti qaydalarını düzgün tətbiq etmədiyini iddia edib.

Müştəri bildirib ki, o, hər zaman olduğu kimi vaxtında ödəniş edib, lakin bu dəfə bank tərəfindən hesablanma fərqli aparılıb: “01.12.2025 tarixli borcumu siliblər, amma 30.10.2025 tarixli borcu saxlayıblar. Əgər bu, “güzəşt müddəti”dirsə, o zaman hansı güzəştdən söhbət gedir?” – deyə narazı vətəndaş qeyd edib.

O, həmçinin vurğulayıb ki, 100 manat ödəniş etməsinə baxmayaraq, sistemdə borc balansı düzgün yenilənməyib: “Taksitimi ödəyirəm, amma dekabr ayının borcu silinir, oktyabr isə qalır. Bu, başa düşülən deyil.”

Paylaşımda müştəri bank operatorunun cavablarından da narazılığını bildirib: “Operator yalnız “anlayıram sizi, amma bu belədir” deyir. Amma izah etmir ki, nə üçün belə olur.”

İstifadəçi hesab edir ki, bu hal müştərilərin çaşdırılmasına və etimadın sarsılmasına səbəb olur. Onun sözlərinə görə, bank rəhbərliyi məsələni araşdırmalı və güzəşt müddəti qaydalarını daha aydın şəkildə izah etməlidir.

Hazırda Kapital Bank tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Müştərilər isə sosial şəbəkələrdə oxşar problemlərlə qarşılaşdıqlarını qeyd edərək, sistemdəki texniki və hesablama mexanizmlərinin təkmilləşdirilməsini tələb edirlər.

AzPost.az

Seçilən
19
1
azpost.info

2Mənbələr