AZ

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı yeddiyə çatıb

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı yeddiyə çatıb

Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yerli səhiyyə idarəsinin məlumatına görə, təxminən 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Daha əvvəl Bəlx vilayətinin qubernatorunun nümayəndəsi Hadji Zaid 4 nəfərin öldüyünü bildirib.

ABŞ Geoloji Xidməti zəlzələnin Hindukuş dağlarında baş verdiyini açıqlayıb. Məlumata əsasən, yeraltı təkanların episentri Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Şəhərdə təxminən 523 min insan yaşayır.

Seçilən
18
afn.az

1Mənbələr