AZ

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı

Bakıda sərnişin avtobusunda insident baş verib.

 

Teleqraf bildirir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.

 

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.

 

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin şüşəsi qırılaraq dağılıb.

 

İnsidentdən sonra avtobus xəttdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.

Seçilən
23
11
senzor.az

10Mənbələr