AZ

Tramp: Maduronun prezident kimi günləri sayılıdır...

ABŞ prezidenti bildirib ki, Venesuela liderinin hakimiyyəti sona yaxınlaşır…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdə qalma müddətinin bitmək üzrə olduğunu bəyan edib. Jurnalistin “Maduronun prezident kimi günləri sayılıdırmı?” sualına Tramp qısa, lakin açıq şəkildə cavab verib: “Bəli, mən belə düşünürəm.”

Noyabrın 1-də The Washington Post yazmışdı ki, ABŞ Venesuela sahillərinə hərbi gəmilər, sualtı qayıqlar və minlərlə hərbçi göndərib. Qəzetin məlumatına görə, Vaşinqtonun Karib hövzəsində hərbi qüvvələrini artırması ABŞ administrasiyasının bölgədə əməliyyatları genişləndirməyə hazırlaşdığını göstərir.

Həmin gün Venesuela prezidenti Nikolas Maduro da bəyan etmişdi ki, Birləşmiş Ştatlar “ölkəsinin təbii sərvətləri uğrunda müharibə başlatmağa çalışır.”

Tramp isə Ağ Evə qayıtdıqdan sonra Venesuelanı ABŞ-ın “düşməni” adlandırıb və bu ölkədən neft alan dövlətlərə qarşı sanksiyalar tətbiq edib. O, həmçinin vurğulayıb ki, ABŞ Venesuela neftini “milyardlarla dollar dəyərində” məhz əvvəlki prezident Co Baydenin dövründə almağa başlamışdı.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr