AZ

ABŞ Ali Məhkəməsi tariflərlə bağlı məsələyə bu tarixdə baxacaq

ABŞ Ali Məhkəməsi tarifləri qanunsuz hesab edərsə, ölkə iqtisadiyyatı "cəhənnəmə çevriləcək".

Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp CBS News-a müsahibədə açıqlayıb. Aparıcı Trampdan Ali Məhkəmənin tarifləri ləğv edən mümkün qərarının ABŞ iqtisadiyyatına necə təsir edəcəyini soruşub: "Düşünürəm ki, ölkəmiz çox əziyyət çəkəcək. Düşünürəm ki, iqtisadiyyatımız cəhənnəmə gedəcək. Düşünürəm ki, bu, 100 ildə Ali Məhkəmədə müzakirə ediləcək ən vacib mövzudur".

ABŞ Ali Məhkəməsi ABŞ administrasiyası tərəfindən tətbiq edilən bir çox tariflərin qanuniliyini araşdırmaq üçün 5 noyabr tarixinə dinləmə təyin edib. İş bir qrup biznes nümayəndəsinin ABŞ hökumətinə qarşı iddia qaldıraraq tariflərin qanunsuz olduğunu və şirkətlərinə zərər vurduğunu elan etməsindən sonra başlanıb.

29 avqustda Kolumbiya Dairəsi Apelyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verib. 4 sentyabrda Tramp administrasiyası Ali Məhkəmədən qərarı ləğv etməsini istəyib.

Tramp, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrir də daxil olmaqla, yüksək vəzifəli administrasiya rəsmiləri dəfələrlə tariflərin ləğv edilməsinin ABŞ-ın digər ölkələrlə ticarət danışıqlarını və mövcud müqavilələri təhlükə altına alacağını iddia ediblər.

Musavat.com

 

Seçilən
31
musavat.com

1Mənbələr