AZ

Anşlaq və qələbə

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Turan Tovuz” Premyer Liqanın X turunda “Şamaxı”nı məğlub edib. Bu mövsüm Tovuz şəhər stadionunun ev sahibliyi etdiyi ilk matç tovuzluların minimal hesablı qələbəsiylə başa çatıb – 2:1.

Oyuna maraq kifayət qədər böyük idi. Təmirdən sonra ilk oyunun keçirildiyi arenada tribunalarda 5800 tamaşaçı olub. Bu, həm də mövsümün rekord göstəricisidir.

İlk hissədə qonaqların daha üstün oynadığı matçda fasiləyə qədər iki qol vuruldu. “Şamaxı” penaltidən fərqləndi, “Turan Tovuz” isə standart vəziyyət sonrası hesaba tarazlıq gətirdi. Tovuzluların bərabərlik qolu həm də komanda üçün “ayıl siqnalı” oldu.

İkinci hissəyə sürətli başlayan meydan sahibləri ikinci qolu vurmaqla psixoloji və hesab üstünlüyünü ələ aldı. Qoldan sonra hər iki tərəfin cəhdləri olmasına baxmayaraq, matç bu hesabla – 2:1-lə bitdi.

“Turan Tovuz”un oyununda çatışmazlıqlar aşkardır. Komanda bəzi məqamlarda hücum etməkdə çətinlik çəkir, müdafiədə ani boşluqlar verir. Daim müdafiəsi ilə öyünən kollektiv son oyunun hər birində qol buraxıb.

Qələbə ilə xallarını 21-ə çatdıran “Turan Tovuz” liderdir. 10 turda 7 qələbə qazanan və 3 dəfə uduzan Kurban Berdıyevin yetirmələri ikinci “Qarabağ”ı bir xal qabaqlayır.

“Şamaxı” isə ardıcıl ikinci ağır oyununu keçirdi. Ötən turda “Qarabağ” səfərində çox güc sərf etməklə bir xal qazanan “şirlər”in bu dəfə buna gücü çatmadı. İkinci hissədə erkən qola sevinən tovuzlular həm də “Şamaxı”nın müqavimətini qırdı. Komandanın nəticələrindən çox Ayxan Abbasovun millidəki işi danışılır. Mütəxəssis mətbuat konfransında da bu haqda çoxlu sualların verildiyini bildirərək etirazını səsləndirdi. Hər bir halda, qarşıda İslandiya və Fransaya qarşı vacib oyunlar var və Abbasovun diqqətinin bir az da olduğu aşkardır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
futbolpress.az

1Mənbələr