AZ

Tramp 2028-ci il seçkilərində iştirak etmək ehtimalı barədə düşünmür

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ prezident seçkilərində yenidənnamizədliyini irəli sürmək ehtimalını düşünmədiyini bildirib.

Trend-inməlumatına görə, bu barədə D.Tramp ABŞ Konstitusiyasına 22-cidüzəlişə baxmayaraq, dövlət başçısı seçilmək üçün üçüncü cəhd etməkniyyətində olması ilə bağlı sualına cavab verərkdən deyib.

"Düzü, bu barədə heç düşünmürəm də. [Amma] sizə deyim ki, birçox insan mənim yenidən namizədliyimi irəli sürməyimi istəyir", -deyə o bildirib.

"Lakin bizimlə Demokratlar arasındakı fərq ondadır ki, kürsüdəgüclü namizədlərimiz var. Ad çəkmək istəmirəm, çünki bu, yersizolardı. Hələ çox tezdir", - deyə o əlavə edib.

"Mən [ABŞ vitse-prezidenti] Cey Di Vensi, [ABŞ dövlət katibi]Marko Rubionu çox bəyənirəm. Çox insanı bəyənirəm. Bizim inanılmaznamizədlərimiz var", - deyə D.Tramp potensial varisi kimi gördüyünüsual veriləndə bildirib.

Seçilən
38
az.trend.az

1Mənbələr