AZ

Ukraynalı hərbçilər iki ölkənin ərazisinə girdilər Şok iddia

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin 94-cü Sərhəd Dəstəsinin bir qrup hərbçisi xidməti postlarını tərk edərək Avropa ölkələrinə gediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, əsgərlər silah və texnikanı Ukraynada qoyaraq Slovakiya və Macarıstan ərazisinə keçiblər.

Rusiya mediasının iddiasına görə, Ukrayna ordusunda Avropaya qaçmağa üstünlük verən hərbçilərin sayında artım müşahidə olunur.

Qeyd edək ki, daha əvvəl ukraynalı bloger Maks Rudada da hərbi xidmətdən yayınaraq ölkədən qaçıb. O, marşrutunu videoya çəkərək paylaşıb və bildirib ki, davam edən səfərbərlik və çağırış siyasəti Ukrayna vətəndaşlarını “canlı zibil”ə çevirib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
globalinfo.az

1Mənbələr