AZ

Tramp Ukraynaya “Tomahawk” raketlərinin təhvil verilməsini düşünmədiyini deyib

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarük edilməsini düşünmədiyini deyib.

APA xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib.

Jurnalistlərdən birinin administrasiyasının raketləri Kiyevə təhvil verib-verməyəcəyi ilə bağlı suala Tramp "Xeyr", - deyə cavab verib.

Amerika prezidenti daha sonra əlavə edib ki, bu mövqe dəyişə bilər.

Seçilən
64
1
apa.az

2Mənbələr