AZ

Parisdə məzar yerləri lotereyada oynanılacaq

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris sakinləri qeyri-adi bir lotereyada iştirak edə biləcəklər.

Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, qaliblər şəhərin məşhur qəbiristanlıqlarında məzar yerlərinin sahibi olacaqlar. Həmin şəxslər antik qəbirlərdə 5, 10, 30, 50 il və hətta daimi dəfn edilmə hüququ əldə edə biləcəklər.

Paris Şəhər Şurası tərəfindən təsdiqlənən bu layihənin məqsədi köhnəlmiş məzarlıq abidələrini qorumaqdır. Bu layihə sakinlərə paytaxtın mərkəzində, yeni dəfnlərin uzun müddətdir mümkün olmadığı yerdə basdırılmaq imkanı təqdim edir.

Şəhər rəhbərliyi vurğulayır ki, layihə eksperimentaldır və nəticələri 2026-cı ildə şəhər şurasına təqdim ediləcək. İdeya uğurlu olarsa, digər Fransa şəhərlərində də bu lotereya tətbiq ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
oxu.az

2Mənbələr