AZ

Əfqanıstandakı zəlzələdə azı dörd nəfər həlak olub

BAKI, 3 noyabr. TELEQRAF

Əfqanıstanın şimalında 6,3 maqnitudalı zəlzələ nəticəsində azı dörd nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Balx vilayətinin qubernatorunun nümayəndəsi Hadji Zaidin sözlərinə görə, çoxsaylı insanlar xəsarət alıb, Məzari-Şərif şəhərində yerləşən Mavi Məscidə də ziyan dəyib.

ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə əsasən, qurbanların sayı yüzlərlə ola bilər. Zəlzələnin təsiri Tacikistan, Özbəkistan və Türkmənistanda da hiss olunub.

Seçilən
48
teleqraf.com

1Mənbələr