ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əksər insanlar göz səyirməsini sadəcə yorğunluq və yuxu çatışmazlığı ilə əlaqələndirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal bəzən sinir sisteminin həddindən artıq stimullaşdırılmasına verilən reaksiya ola bilər.
Milli.Az xəbər verir ki, orqanizmdə stress hormonları, kortizol və adrenalin artdıqda, sinir ucları əzələləri daha aktiv hərəkətə gətirir və nəticədə göz ətrafında kiçik, amma nəzərə çarpan titrəmələr baş verir. Hərçənd bu hal çox vaxt zərərsiz görünür, əslində isə bədənin gizli stress siqnalı ola bilər.
Uzun müddət keçməyən əzələ gərginliyi, narahat yuxu, diqqətin toplanmasında çətinlik və yaddaş zəifləməsi çox vaxt xroniki stressin əlamətləri sayılır. Araşdırmalar göstərir ki, bu vəziyyət təkcə sinir sistemini deyil, həm də immun, ürək-damar və beyin fəaliyyətini mənfi təsirləndirə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, göz səyirməsi kimi simptomlara biganə qalmaq olmaz. Gündəlik həyat tərzində düzgün yuxu rejimi, meditasiya və nəfəs məşqləri, fiziki aktivlik və özünə vaxt ayırmaq bu cür narahatlıqları azaltmağa və orqanizmi stressdən qorumağa kömək edə bilər.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.