AZ

Çexiya ordusu gələn il 2250 müqaviləli hərbçi qəbul etməyi planlaşdırır

Peşəkar əsasda formalaşan Çexiya ordusu 2026-cı ildə 2250 müqaviləli hərbçi qəbul etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə İrojlas xəbər portalı məlumat verib.

Məlumata görə, silahlı qüvvələrdə şəxsi heyətin sayının artırılması zərurəti 24 fevral 2022-ci ildən sonra Avropa təhlükəsizliyinə təhdidlərlə bağlıdır.

2025-ci ilin əvvəlində silahlı qüvvələrdə təxminən 24.500 hərbçi xidmət edirdi. Daha 3500 hərbçi Çexiya Ordusunun struktur bölmələrinə təyin edilib.

Hesabata görə, ideal variant onun ümumi sayını 37.500-ə çatdırmaq olardı.

Seçilən
48
1
apa.az

2Mənbələr