AZ

Seul peyk vasitəsilə Şimali Koreya ərazisini iki saatdan bir izləyə biləcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cənubi Koreyanın sayca beşinci kəşfiyyat peyki "Falcon 9" raketi vasitəsilə orbitə çıxarılıb.

Oxu.Az bildirir ki, bu barədə Cənubi Koreyann Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, raket ABŞ-nin Florida ştatında yerləşən Kenaveral burnundan buraxılıb.

Peyk raketin buraxılışından 14 dəqiqə sonra orbitə çıxıb.

Xatırladaq ki, Cənubi Koreya ilk kəşfiyyat peykini 2023-cü ilin dekabr ayında orbitə buraxıb. Peyklər qrupu Şimali Koreyanın ərazisi üzərində iki saatlıq fasilələrlə daimi müşahidəni təmin etmək üçün nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
oxu.az

1Mənbələr