Peşəkar əsasda qurulan Çexiya Ordusu 2026-cı ildə 2 250 müqaviləli hərbi qulluqçu cəlb etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "Irozhlas" portalı xəbər verib.
Portalın məlumatına görə, milli silahlı qüvvələrdə şəxsi heyətin sayının artırılması zərurəti 24 fevral 2022-ci ildən sonra Avropanın təhlükəsizliyinə təhdidlərlə bağlıdır. 2025-ci ilin əvvəlində silahlı qüvvələrdə təxminən 24 500 hərbçi xidmət edirdi. Çexiya Ordusunun struktur bölmələrinə əlavə 3 500 hərbçi təyin edilib. Məlumata görə, ideal variant onun ümumi sayını 37 500 nəfərə çatdırmaq olardı.
Çexiya mediasının məlumatına görə, ölkə ordusunun 2026-cı ildə şəxsi heyətinin planlaşdırılan artımı müasir tarixdə ən əhəmiyyətli artımlardan biri olacaq. Rekord say 2006-cı ildə 2 262 vətəndaşın Silahlı Qüvvələrlə müqavilə imzaladığı zaman qeydə alınıb.