AZ

Meksikada güllələnən mer federal mühafizə altında olub

Meksikada bir gün əvvəl Uruapan şəhərinin güllələnən meri Karlos Manso federal mühafizə altında olub.

“İki sahil” xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Meksikada şəhər meri qətlə yetirildi

O, Müdafiə Nazirliyinin və Miçoakanda yerləşən Milli Qvardiya bölmələrinin rəhbərlərinin merlə əlaqə saxladığını qeyd edib. Şeynbaum əlavə edib ki, bazar günü regionu dəstəkləmək və cinayətkarların cəzasız qalmaması üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Prezident həmçinin Mansonun ailəsinə və yaxınlarına başsağlığı verib.

Uruapanın meri noyabrın 1-də Ölülər Günü mərasimləri zamanı güllələnib. Siyasətçiyə altı güllə atılıb, yaralı mer xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb, digər hücumçu isə ölüb.

Yerli media bildirib ki, mərhum mer Prezidentin mütəşəkkil cinayətkarlıqla mübarizəyə yanaşmasını kəskin tənqid edib. Manso xüsusilə narkotik kartelləri ilə mübarizəyə diqqət yetirib və Meksika hökumətindən daha çox dəstək tələb edib. O, hadisədən bir ay əvvəl təhdidlər aldığını bildirib.

Seçilən
40
ikisahil.az

1Mənbələr