AZ

Paşinyan - Qaregin davası

Son illər Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında gərginlik açıq siyasi xarakter alıb. Bu qarşıdurma təkcə dini müstəvidə deyil, həm də dövlətin modernləşməsi ilə ənənəvi milli-dini institutlar arasında toqquşmadır.

1991 - ci ildə Ermənistanın müstəqillik əldə etnəsindən sonra son iki əsrdə davam edən kilsənin cəmiyyətdə dominantlığı davam etmiş, və dini institut“dövlət içində dövlət” funksiyasına sahib olub.

Bu gün kilsə müxalif qüvvələrə- xüsusilə keçmiş hakimiyyət elitlərinə - simpatiya bəsləyir və Paşinyanın islahat kursuna qarşı ideoloji mərkəz rolunu oynayır.

Paşinyan üçün kilsə siyasi rəqib və ideoloji baryer sayılır.

Bunun bir neçə səbəbi var:

-Kilsə dövlət işlərinə qarışır, hökumətin qərarlarını açıq şəkildə tənqid edir;
-Türkiyə və Azərbaycanla normallaşma prosesi kilsə tərəfindən kəskin şəkildə rədd olunur;

Yeni Konstitusiya layihəsi isədini-siyasi dualizmi aradan qaldırmaq, Ermənistanı sivil, dünyəvi dövlətə çevirmək məqsədi daşıyır.

Hazırkı Konstitusiyada Apostol Kilsəsinə xüsusi hüquqi status verilib. Bu status hökumətin dini sahədə qərarvermə imkanlarını məhdudlaşdırır.

Paşinyanın təşəbbüs etdiyi dəyişikliklər sadəcə hüquqi islahat deyil, həm də ideoloji dönüşdür:

-Dövlət və kilsə münasibətlərində tarixi asılılığı qırmaq;
-Yeni, vətəndaş əsaslı legitimlik formalaşdırmaq;
-Ermənistanı dünyəvi modelə uyğunlaşdırmaq.

Paşinyan düzdür mü? Bəli. Çünki, müasir Ermənistan Apostol Kilsəsi artıq dini mərkəz olmaqdan çıxıb, maliyyə və siyasi korporasiyaya çevrilib. Keçmiş hakim elitalar və diaspor dairələri ilə sıx bağlı olan bu struktur xeyriyyə adı altında milyonlarla dollar ianələri“erməni kimliyini qorumaq” kimi şüarlarla toplayır.

Kilsə və ona bağlı ideoloji çevrələr onilliklərdir Türkiyə və Azərbaycandan gələn təhlükə mifini qəsdən diri saxlayır.

Bu, iki məqsədə xidmət edir:

Seçilən
30
aznews.az

1Mənbələr