AZ

Rusiya “Wagner”in bayrağını YENİDƏN UCALTDI

Narva çayı boyunca Rusiya sərhəd gözətçi qayığı “Wagner” bayrağı altında hərəkət edib.

Publika.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi foto və videolara istinadla məlumat verib.

Nazirlik bildirib ki, Rusiyanın çaydakı bütün hərəkətlərini diqqətlə izləyir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu qayığın görünməsini Qərb ölkələrinin hərbi təzyiqləri nəticəsində Rusiyanın sistemində çatlar yaranmasının əlaməti kimi qiymətləndirib.

Oktyabrın sonunda Estoniyanın Rusiya ilə sərhəddə yerləşən İda-Virumaa bölgəsində yeni radar stansiyasının tikintisi başa çatıb və artıq istifadəyə verilib. Bu obyekt keçmiş “Viru” mədəninin yerində qurulub və ölkənin şərq hissəsində hava məkanını izləmək üçün nəzərdə tutulub.

Seçilən
32
publika.az

1Mənbələr