AZ

Yannik Sinner “Masters” turnirinin qalibi olub

İtaliyalı tennisçi, dünyanın ikinci raketkası Yannik Sinner Parisdə keçirilən “Masters” turnirinin finalında qalib gəlib.

İdman.Biz xəbər verir ki, o, kanadalı idmançı - ATP reytinqində 10-cu pillədə qərarlaşan Feliks Oje-Alyassimi 6:4, 7:6 (7:4) hesabı ilə məğlub edib.

Görüş 1 saat 51 dəqiqə davam edib. Sinner 6 imkanın 1-dən brek reallaşdırıb, 6 eys yerinə yetirib və 2 ikili səhv buraxıb. Alyassim isə 8 eys, 2 ikili və 13 məcburi səhv edib (Sinnerin 8 səhvinə qarşı).

Qeyd edək ki, bu qələbə Sinnerin cari mövsümdə beşinci titulu olub. O, bundan əvvəl Avstraliya Açıq, Uimbldon, Vyana və Pekin turnirlərində də çempion adını qazanmışdı.

İdman.Biz

Seçilən
35
idman.biz

1Mənbələr