AZ

Ronaldu nə vaxtadək oynayacağını açıqladı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu sağlamlığı imkan verdiyi müddətcə futbol oynamaq istəyir.

Oxu.Az xəbər verir ki, onun sözlərini UOL nəşri yayıb.

Ötən gün futbolçu Səudiyyə Pro Liqasında komandasına qələbə qazandıran iki qola imza atıb.

"Şəxsən mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır. Buna görə də sağlamlığım imkan verdiyi müddətcə oynamağa davam etmək istəyirəm", - deyə portuqaliyalı bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
4
oxu.az

5Mənbələr