AZ

Rusiya kükürd ixracını qadağan etdi

Rusiya mineral gübrələrin istehsalında istifadə olunan sənaye kükürdünün ixracını müvəqqəti olaraq qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti 2 noyabrda məlumat verib.

Qeyd olunur ki, bu qərar daxili bazara xammalın daşınmasını sabitləşdirəcək ki, bu da mineral gübrələrin hazırkı istehsal həcmlərini qoruyub saxlasın və ölkənin ərzaq təhlükəsizliyini təmin etsin.

Qadağan maye, dənəvər və kəsək kükürdə aiddir. Fərman 31 dekabr 2025-ci ilə qədər qüvvədə olacaq. Qadağa Avrasiya İqtisadi Birliyi ölkələrinə, Abxaziya və Cənubi Osetiyaya xammalın daşınmasına, eləcə də humanitar yüklərə və beynəlxalq tranzitə şamil edilmir.

Seçilən
20
ucnoqta.az

1Mənbələr