AZ

Qafqaz və Alp dağlar qara həsrət qalacaq İnsan faktoru dünya böyük fəlakətə sürükləyir (ARAŞDIRMA)

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qlobal istiləşmə buzlaqların sahəsini və həcmini sürətlə azaldır. Arıtq Qafqaz dağları və Avropadalı Alp dağları ilə bağlı həyəcan siqnalı verilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hər iki zonadakı bütün fəsillərin qarlı dağlarının 2100-cü ilə qədər tamamilə buzsuz ola biləcəyi barədə xəbərdarlıqlar var.

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) məlumatına görə, qlobal istiləşmə səbəbindən dəniz və hava temperaturu yüksəlir. Böyük miqdarda şirin su saxlayan buzlaqlar bu səbəbdən sürətlə əriyir: "Dünyanın ən böyük buz örtüklərindən biri olan Antarktida hər il orta hesabla 135 milyard ton, Qrenlandiya isə təxminən 266 milyard ton buz itirir".

Sürix Federal Texnologiya İnstitutunun Mülki, Ətraf Mühit və Geomatika Mühəndisliyi kafedrasının müəllimi Matthias Huss isə deyir k,  dünyanın buz təbəqələrindəki dəyişikliklərin əsas səbəbi insan faktoruna söykənən birbaşa iqlim şəraiti ilə əlaqəli olduğunu qeyd edərək, son əsrdə yaşanan dəyişikliklərin əsas səbəbinin daha çox insan fəaliyyətindən qaynaqlanan istiləşmə olduğunu bildirib: "Ümumiyyətlə, buzlaqların əhatə etdiyi ərazi 1850-ci illərdən başlayaraq, kiçilməyə, sənaye dövründnün daha sürətləndiyi 20-ci əsirdə isə daha aqressiv xarakter almağa başlayıb. O vaxtdan bəri buzlaqlar geri çəkilmə dövrünə qədəm qoyub və bu proses, xüsusən də son bir neçə onillikdə xeyli sürətlənib. İtki çox böyükdür. Son 20 ildə dünya miqyasında buzlaqlar 6000 kub kilometrdən çox buz itirib. Bu miqdar Qrenlandiya və Antarktidadakı nəhəng buz təbəqələrinin birləşdirilmiş həcmindən çoxdur və onların ümumi həcminin 5 faizinə bərabərdir. Təsəvvür edin ki, dünya miqyasında buzlaqların ərimə sürəti əvvəlki 10 illik dövrlə müqayisədə, daha dəqiqi, 2010-2020-ci illər arasında təxminən 36 faiz artıb...". 

Hussin sözlərinə görə, son illər Avropadakı Alp dağları, Qafqaz və Qayalı dağları ən sürətli itkiyə məruz qalıb: "Alyaska və Pataqoniya kimi bölgələr də buz itkisi baxımından ən kritik vəziyyətdədir. Ümumiyyətlə, deyə bilərik ki, hazırda dünyadakı bütün buzlaqlar buz itirir. Hətta qeyd edilən dağlarda daimi, yəni, bütün fəsillərdə qarlı buzluqlar 2100-ci ilədək yoxa çıxacaq. Təəssüf ki, qlobal miqyasda mövcud buzların 26-41 faizinin 2100-cü ilə qədər yox olacağı proqnozlaşdırılır. Alimlərin araşdırması göstərir ki, Avropa Alp  Alp və Qafqaz dağları bu sırada ilk yeri tutur. Bundan baqşa, 2100-cü ilə qədər dəniz səviyyəsinin ən azı 1 metr qalxması gözlənilir. Bu, sahil ərazilərində yaşayan milyardlarla insanı təhdid edəcək".

Sürixli alim deyir ki, bunun qarşısını almaq mümkündür: "Bunun üçün insan faktoru var və gərəkli radikal tədbirlərə əl atılmalıdır..."

Lamiyə ƏHMƏDLİ

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
mia.az

1Mənbələr