AZ

İliçdən qələbə şərhi

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm.

– Hakimliklə bağlı fikriniz nədir? 

– Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlik haqda danışmağı xoşlamıram.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
futbolpress.az

1Mənbələr