AZ

Ferran Torres “Barselona”nın heyətində “Elçe”yə 50 ci qolunu vurub VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Noyabrın 2-də “Barselona” La Liqanın 11-ci turu çərçivəsində doğma meydanda “Elçe”ni qəbul edib.

Oyun meydan sahiblərinin 3:1 hesabı ilə yekunlaşıb.

Kataloniya klubunun heyətində qolları Lamin Yamal, Ferran Torres və Markus Reşford vurublar.

Bu qol Torres üçün yubiley xarakteri daşıyıb. O, “Barselona”nın heyətindəki 50-ci qolunu vurub. İspan futbolçu bu nəticəyə çatmaq üçün 170 oyun keçirib.

Qeyd edək ki, "Barselona" La Liqada 11 oyundan sonra 25 xalla ikinci pilləyə qayıdıb. Kataloniya klubu "Real"dan 5 xal geri qalırlar. "Elçe" isə İspaniya çempionatında 14 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr