AZ

Qahirə yaxınlığında "Böyük Misir Muzeyi" açıldı

Misirdə dünyanın ən iri arxeoloji muzeylərindən biri — Böyük Misir Muzeyi (Grand Egyptian Museum) ziyarətçilərin üzünə açılıb.

Musavat.com xəbər verir ki, Qahirə yaxınlığında yerləşən nəhəng kompleksin şüşə fasadı piramida formasında inşa edilib. Tikinti prosesi təxminən 20 il davam edib. 

Muzeyin ümumi sahəsi 24 min kvadratmetrdən çoxdur və burada 50 mindən artıq eksponat, o cümlədən Tutanxamonun məzarındakı bütün xəzinələr sərgilənir.

Layihə Misir mədəni irsinin qorunması və turizmin canlandırılması baxımından ölkə tarixində ən mühüm mədəni təşəbbüslərdən biri hesab olunur. 

 

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr